Xəbər lenti

Təqadçü qadının atasının Həccdən gətirdiyi dollarları oğurladı - Cəza verildi
Ölkə 17:01 27.05.2024

Təqadçü qadının atasının Həccdən gətirdiyi dollarları oğurladı - Cəza verildi

Beyləqan rayonu, Günəşli qəsəbəsidə təqaüddə olan Gülçöhrə Hacıyevanın içində pul və qızıl olan boğçasını oğurlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 2007-ci il təvəllüdlü Cəsur Vəliyev (soyad şərti) sözügedən qəsəbədə özünə məxsus evdə tək yaşayan, aylıq 325 manat təqaüd alan Gülçöhrə Hacıyevanın evindən yataq dəstinin üzərindəki saxlanc yeri kimi istifadə edilən boxçadan 800 manat, 357 Azərbaycan manatı ekvivalentində 210 ABŞ dollar və bir ədəd 585 əyralı 6 qram çəkidə qızıl üzüyü oğurlayıb. 

Qadın tək yaşağı üçün Cəsur Vəliyev tez-tez onun yanına gedərək, müxtəlif işlərdə kömək edib. O, Gülçöhrənin odununu doğrayıb, toyuqlarının hinini təmizləyib, suyunu doldurub və s. işlərinə yardım göstərib. 

Hadisədən bir gün əvvəl dostları ona Beyləqan şəhərinə gəzməyə çıxmağı təklif ediblər. Cəsur Gülçöhrənin boxçasında xeyli miqdarda pulun olduğunu bilib və imkanı olmadığı üçün onu oğurlamaq qərarına gəlib. 

Gülçöhrənin mərhum atası Hüseyn Hacıyev 2009-cu ildə Həcc ziyarətinə gedib, orada 210 dollar pul gətirib. Atası Hüseyn vəfat etdiyi üçün qadın həmin vaxtdan ondan yadigar kimi həmin dollarları saxlayıb. Cəsur Vəliyev həmin pulları da oğurlayıb. 

Təqaüdçü qadın bütün bunlara baxmayaraq, Cəsaurdan şikayətçi olmayıb. 

Məhkəmənin qərarı ilə Cəsur Vəliyev Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->