Xəbər lenti

Təhsil Tələbə Kredit Fonduna 100 milyon manatdan çox vəsait ayrıldı
Ekonomiks 12:50 24.05.2023

Təhsil Tələbə Kredit Fonduna 100 milyon manatdan çox vəsait ayrıldı

Son 2 ildə Azərbaycanda dövlət büdcəsindən Təhsil Tələbə Kredit Fonduna 102 milyon manat vəsait ayrılıb.

"Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da bildirilib.

Sənədə əsasən, bunun 80 milyon manatı 2021-ci ildə, 22 milyon manatı isə 2022-ci ildə ayrılıb. Bu vəsait hesabına hazırda cəmi 12 600 nəfərə, o cümlədən 4 700 nəfərə (37%) sosial, 7 900 nəfərə (63%) standart təhsil tələbə krediti verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->