Xəbər lenti

SvD: Finlandiyadakı NATO bazasına İsveç rəhbərlik edəcək
Dünya 16:24 16.09.2024

SvD: Finlandiyadakı NATO bazasına İsveç rəhbərlik edəcək

Finlandiya Laplandiyasındakı NATO hərbi bazası İsveç komandanlığı altında olacaq. Bu, "finlərin cənub hissələrinin müdafiəsinə daha çox diqqət yetirmələri” üçün edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə SvD qəzeti mənbələrə məlumat yayıb.

NATO-nun əlavə qüvvələrinin Laplandiyada yerləşdirilməsi iyul ayında məlum olub. Bazada Qabaqcıl Quru Qoşunları (FLF) yerləşdiriləcək - onlar alyansın Şərqi Avropada mövqelərini gücləndirmək üçün nəzərdə tutulmuş NATO proqramı çərçivəsində fəaliyyət göstərirlər. Ehtimal olunur ki, bazanın şəxsi heyəti əsasən isveçlilərdən ibarət olacaq və ora 20-dən 50-dək isveçli zabit də göndərilə bilər.

Laplandiya Şərqdə Rusiyanın Murmansk vilayəti və Kareliya respublikası ilə həmsərhəddir. 2022-ci ilin mayında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya 2023-cü il aprelin 4-də, İsveç isə 2024-cü il martın 7-də alyansa üzv olub. İyul sammitində NATO ölkələri yekun bəyannamədə Rusiyanı "ən böyük və birbaşa təhdid” adlandırıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->