Xəbər lenti

Suriya müxalifəti qadınları hicab taxmağa məcbur etməyi qadağan etdi
Dünya 15:00 09.12.2024

Suriya müxalifəti qadınları hicab taxmağa məcbur etməyi qadağan etdi

Suriyada silahlı müxalifət komandanlığı qadınların hicab taxmağa məcbur edilməsini qadağan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Al-Watan" qəzeti yazıb.

"Qadınları müəyyən geyimdə geyinməyə məcbur etmək, onların geyim seçmək hüququna müdaxilə etmək, yaxud onlara xarici görünüşü ilə bağlı iddialar irəli sürmək qəti qadağandır", deyə nəşr yazıb.

Noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçib. Onlar Hələb, Homs, Həmanı ələ keçirib və paytaxtı Dəməşqə yaxınlaşıblar. Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb.

Bazar ertəsi məlum olub ki, Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.

Aydın





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->