Xəbər lenti

Süni intellekt insanların 40%-ni işsiz qoyacaq – BVF
Dünya 20:34 15.01.2024

Süni intellekt insanların 40%-ni işsiz qoyacaq – BVF

Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin süni intellektlə əvəzlənməsinə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun təhlilində bəhs edilir.

BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, siyasətçilər "texnologiyanın sosial gərginliyi daha da gücləndirməsinin qarşısını almaq” üçün "narahatedici tendensiyaya” diqqət yetirməlidirlər.

BVF-nin təhlili göstərir ki, süni intellekt inkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-ə təsir göstərə bilər.
Müəyyən hallarda işçilər süni intellekt inteqrasiyasından faydalana bilər, digər hallarda isə süni intellekt insan yerinə tapşırıqları yerinə yetirərək əmək tələbini azaldır.

Georgiyeva bildirir ki, bir çox ölkələrdə süni intellektdən istifadə etmək üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi yoxdur, ona görə də texnologiya millətlər arasında bərabərsizliyi dərinləşdirə bilər.

Georgiyeva həmçinin süni intellektdən istifadə etməklə bütün dünyada hasilatı və gəlirləri artırmaq imkanlarına diqqət çəkib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->