Sudanda "Milyonluq yürüş" zamanı hərbçilərin açdığı atəş nəticəsində azı 9 nümayişçi həlak olub, yüzlərlə insan yaralanıb.
Qaynarinfo bu barədə "Alalam" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dünən keçirilən aksiyalarda nümayişçilər elan ediblər ki, hərbi rejim devrilməyənə və etirazçıların qətlinin səbəbkarları mühakimə olunmayana qədər etirazlar davam edəcək.
Etirazçılar istənilən daxili və xarici dialoqa, təşəbbüsə qarşı olduqlarını vurğulayıblar, onlar qanunsuz hərbi rejimin istefasını tələb ediblər.
Qeyd edək ki, bu kasıb Afrika ölkəsində son bir ildə yoxsulluq və işsizliklə yanaşı, mərkəzi hakimiyyətin mütəşəkkil zorakılıqlarına qarşı tez-tez kütləvi aksiyalar keçirilir. Hər dəfə aksiyalar təhlükəsizlik qüvvələrinin sərt reaksiyası ilə qarşılaşır.
M.Arif
Şərhlər