Xəbər lenti

Siqaret çəkənlərin xərci artacaq - İqtisadçı səbəbləri açıqlayır
Ekonomiks 13:45 25.07.2024

Siqaret çəkənlərin xərci artacaq - İqtisadçı səbəbləri açıqlayır

"Qarşıdakı aylarda siqaret çəkənlərin xərci daha da artacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, siqaret çəkənlərlə spirtli içki içənlərin hesabına büdcə gəlirləri də artacaq:

"Elektron siqaretlərdə 0,25 qəpikdən 2 manata qalxıb. Adi siqaretlərdə isə 1000 ədədinə 43 manatdan 45 manat 50 qəpiyə qalxıb. Qəlyanları bir-bir satırlar. Orada təxminən 2 manata kimi qiymət artımı olacaq. Amma ədədlə satılanlarda bir qutuya düşən hissədə 5 qəpik artım müşahidə olunacaq. Burada qiymət həm arta, həm də stabil qala bilər, baxır sahibkarın qazancına. Amma elektron qəlyanlarda birmənalə olaraq qiymətlər qalxmaqda davam edəcək". 
 


Xalid Kərimli həmçinin dövlət büdcəsinin bu sahə üzrə topladığı vergilərin həcminin artacağını da söyləyib:
 
"Məsələ ondan ibarətdir ki, digər gəlirlər azaldıqca daha çox vergi prosesinə fikir veriləcək. Şəffaflığın artırılmasının özü də vergilərin artımıdır. Vergi verməyənləri vergiyə cəlb edəcəklər. Əsas diqqət istehlak vergilərinə verilir, xüsusən də diqqət zərərli, insanlar üçün çox da vacib olmayan aksiz məhsullarına yönəlib. Davamlı olaraq hər il bu məhsullarda aksiz artımlarına gedilir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->