SOCAR-ın "Azəriqaz” İB-nin növbəti "Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.
Salmanlı kəndində təşkil olunan "Səyyar qəbul otağı”nda cəmi 2 abonent qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.
Raiq Bayramovla Cəmil Sətiyev debitor borca görə dayandırılmış qaz təchizatının bərpa edilməsini və yaranmış borcun hissə-hissə ödənilməsində möhlət verilməsini istəyiblər.
Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər iki müraciətin qeydiyyatını aparıblar.
Şərhlər