Səudiyyə Ərəbistanının neft gəlirləri 2026-cı ildə pik həddə çatacaq və daha sonra kəskin şəkildə azalmağa başlayacaq.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) analitiklərinin proqnozuna istinadən yazıb.
Krallığın neft gəlirləri iki il ərzində 783 milyard riala (209 milyard dollar) çatacaq ki, bu da ümumi daxili məhsulun təxminən 26%-ni təşkil edir. 2029-cu ilə qədər onlar 778 milyard riala (207 milyard dollar) qədər azalacaq ki, bu da əvvəlki təxminlərdən 4,1% azdır.
BVF-nin hesablamalarına görə, dövlət büdcəsini tarazlaşdırmaq üçün Ər-Riyada neftin qiymətinin bir barel üçün 96 dollar olması lazımdır. Bu, indiki "Brent" səviyyəsindən 20 dollardan çoxdur.
Bir gün əvvəl "Brent" markalı oktyabr fyuçerslərinin qiyməti 2023-cü il dekabrın 13-dən bəri ilk dəfə bir barel üçün 73 dollardan aşağı düşüb.
Aydın
Şərhlər