Xəbər lenti

Serj Sarkisyan ailəsinə problemlər: qızları, qardaşı və onun ev dustaqlığında olan qızları...
Dünya 11:21 21.12.2022

Serj Sarkisyan ailəsinə problemlər: qızları, qardaşı və onun ev dustaqlığında olan qızları...

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.

Qaynarinfo bu barədə Sputnik Ermənistan-a istinadla xəbər verir.

Qeyd olunur ki, həmin vətəndaşlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na (15:00) təyin edilib.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə olmayacaq.

Sayt xatırladır ki, Ermənistan Respublikasının üçüncü prezidenti Levon Sarkisyanın qardaşı, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->