Xəbər lenti

Sahibkarların “şok endirim oyunu” (ŞƏRH)
Ekonomiks 18:50 30.10.2024

Sahibkarların “şok endirim oyunu” (ŞƏRH)

"Birmənalı olaraq bilməliyik ki, sahibkar məhsulu dəyərindən ucuz satmaz".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli son günlər Bakıda böyük ticarət mərkəzlərində reklam olunan endirim kampaniyalarından danışarkən deyib. 

İqtisadçı bildirib ki, problemi olmayan tacir məhsulu dəyərindən ucuz satmaz:

"Ola bilsin ki, hansısa məhsulu marketinq xərci kimi müştərini cəlb etmək üçün güzəştlə satsın. Buna "pradukt killer", yəni "öldürücü məhsul" deyirlər. Ola bilər ki, sahibkar məhsulu maya dəyərindən 10-20% ucuz satsın, fikirləşsin ki, bir məhsulun maya dəyərini böyük endirim adı ilə təqdim etsin. Əslində isə alıcıların özü buna sahibkarları vadar edirlər. Hamı endirim axtarır. Sahibkar bir məhsulu 1000 manata satmaq istəyir, amma baxır ki, alıcı gəlmir". 
 


İqtisadçı vurğulayıb ki, biz xarakterik olaraq ticarətdə endirim etməyə meyilli xalqıq:

"Bu fərd kimi bizə ləzzət edir. Sahibkar bilir ki, məhsula 1000 manat qiymət qoyub onu bu qiymətə satmaq çətindir. Ona görə də həmin məhsula 2 min qiymət qoyub, onu 50% endirim adı altında satırlar. Müştəri deyir ki, filan mağazada 50% endirim var. Birmənalı olaraq bilməliyik ki, sahibkar məhsulu dəyərindən ucuz satmayacaq. Hansısa sahibkar davamlı endirim edirsə, əvvəlcə qiyməti qaldırıb, sonra 50% endirim edir. Endirimdən sonra nəzərdə tutduğu qazancı əldə edir".

Xalid Kərimli noyabrın alış-veriş ayı olduğunu qeyd edib:

"Bu qərbdən bizə gələn çox yaxşı bir ənənədir. Sahibkarlar satışını aktivləşdirmək və alıcıların da pul xərcləmək fikirində olduğunu nəzərə alaraq endirim kampaniyalarını bu aya saxlayırlar”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->