Rus qüvvələri Ukraynanın şərqində irəliləməyə davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat
yayıb.
Xüsusilə, Pokrovsk istiqamətində düşmən Novotroitsk yaxınlığında yerləşən Novopustinka kəndini işğal edib. Kuraxovo istiqamətində isə ruslar Starıye Ternı, İlinka və Novodmitrovka yaşayış məntəqələrini zəbt ediblər.
Bundan əlavə, düşmən Donetsk vilayətində bir neçə yaşayış məntəqəsində irəliləyiş əldə edib. Xüsusən də Kuraxovo, Romanovka və Uspenovka yaxınlığında ("Kuraxovo kisəsi" kimi tanınan ərazidə) irəliləmə qeydə alınıb.
Müharibə Öyrənilməsi İnstitutunun analitikləri payızda Rusiya ordusunun itkiləri və cəbhədəki irəliləyişlərini hesablayıb. Onların məlumatına görə, hər işğal edilən kilometr üçün düşmən 53 əsgərini itirir. Ümumilikdə, noyabr ayında düşmənin itkisi rekord həddə - 45 690 əsgərə çatıb.
Bu arada Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynanın Rusiya ilə müharibədə məğlub olduğunu bəyan edib. Onun fikrincə, bu səbəbdən Kiyev sülh danışıqları zamanı əhəmiyyətli güzəştlərə getməli olacaq.
Alpər
Şərhlər