Xəbər lenti

Rusiyada axtarışda olan bakılı haqda yeni qərar
Dünya 14:41 23.02.2025

Rusiyada axtarışda olan bakılı haqda yeni qərar

Rusiyada məhkəmə "Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının üzvü olmuş Rövşən Əsgərova 130 min rubl məbləğində cərimələrin ödənilməməsi ilə bağlı yeni araşdırma başladıb.
 
"RİA Novosti” xəbər verir ki, sonuncu belə araşdırma bu ilin fevralında başlayıb. Əvvəllər məhkəmə Əsgərovu 3 dəfə cərimələyib. Belə ki, 2023-cü ilin sentyabr və avqust aylarında məhkəmə icraçıları ona 40 min rubl cərimə kəsib. 2024-cü ilin yanvarında azərbaycanlı bu dəfə "xarici agentlər haqqında" qanunvericiliyə uyğun olaraq 50 min rubl cərimə olunub.

Agentliyin mənbəsi bildirib ki, ödənilməmiş borclarla əlaqədar Əsgərovun Rusiyadakı bütün hesabları dondurulub.

Yada salaq ki, 2025-ci ilin yanvarında "Rosfinmonitorinq” R.Əsgərovu "ekstremistlər və terrorçular siyahısına” daxil edib. Rusiya Ədliyyə Nazirliyi onu 2022-ci ilin dekabrında "xarici agent” elan edib. R.Əsgərov 2022-ci ilin mayında Rusiyanı tərk edib. Bir neçə gün sonra R.Əsgərov barəsində qiyabi həbs qərarı verilib.Hazırda onun harada olması haqda dəqiq bilgi yoxdur.

Bəs Rövşən Əsgərovun ölkədən getməsinə səbəb olan yazı nədir? Musavat.com xatırladır ki, söhbət ondan başlayıb ki, Rövşən sosial şəbəkələrdə öz səhifəsində marşal Jukov haqqında "oğru”, "təcrübəli talançı” kimi ifadələr yazıb. Rusiya İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. Dövlət Tarix Muzeyi də Jukova qarşı ifadələrinə görə məhkəməyə müraciət edib, Rövşən Əsgərov axtarışa verilib. Rusiya mənbələri iddia edirlər ki, həmin vaxt Rövşən Azərbaycanda olub. O, bildirib ki, onun yazısında heç bir böhtan, o cümlədən nasizmin reabilitasiyası yoxdur, çünki onun yazdıqları məlumatlar ictimaiyyətə açıqdır və sirr deyil.

Rövşən Əsgərov 1972-ci il mayın 4-də Bakıda ziyalı ailəsində anadan olub. Rövşənin atası tanınmış azərbaycanlı rəssam Ənvər Əsgərovdur. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub. O, dissertasiyasını ən yüksək qiymətlərlə yazıb, aspiranturada təhsilini davam etdirib və sonda namizədlik dissertasiyasını müdafiə edib, lakin jurnalistikanı əsas məşğuliyyəti kimi seçib. 1998-ci ildə Maksim Potaşevin komandasında ilk dəfə "Nə? Harada? Nə vaxt?" klubunda debüt edib.

Rövşənin həyat yoldaşı Yuliya ilə münasibətlərini 2000-ci ilin dekabrında rəsmiləşdiriblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->