ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerika bazarında yanacağın qiymətini aşağı salmaq üçün neft hasilatına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.
Qaynarinfo xəbər verir ki, bunu "Rosneft"in rəhbəri İqor Seçin deyib.
"Tramp Amerika bazarında yanacağın maya dəyərini azaltmaq üçün çox güman ki, bütün istehsal məhdudiyyətləri qaldıracaq, vergilər azaldılacaq və inzibati maneələr ləğv ediləcək", deyə o qeyd edib.
Onun fikrincə, Tramp investisiyaları xəyali alternativ enerjidən real sektora yönləndirəcək.
Samir
Şərhlər