Rumıniya hakimiyyəti Vladimir Putinin pərəstişkarı və NATO-nun tənqidçisi olan namizədin gözlənilmədən qalib gəldiyi prezident seçkilərinin birinci turundan sonra aparılan araşdırmanın nəticələrini məxfiliyini açıb. Sənədlərdə Kalin Georgeskuya dəstək üçün Rusiya tərəfindən koordinasiya edilmiş kampaniyadan bəhs edilir.
Qaynarinfo xəbər verir ki, ölkənin hazırkı Prezidenti Klaus Yohannis jurnalistlərin və mülki fəalların xahişi ilə Rumıniya Kəşfiyyat Xidməti (SRI), Xarici Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən noyabrın 28-də Ali Müdafiə Şurasının iclasında təqdim olunan materialların məxfilikdən çıxarılmasına razılıq
verib.
"Rumıniya kiberhücumlar, informasiya sızması və təxribat da daxil olmaqla, Rusiyanın təcavüzkar hibrid fəaliyyətlərinin hədəfinə çevrilib”, - Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
SRI sənədlərinin birində deyilir ki, prezident seçkilərinin birinci turu ərəfəsində "Rusiya mənşəli cinayətkar kiber platformalar” ölkənin seçki şəbəkəsinə daxil olmaq üçün məlumat alıb. "İT sistemlərindən məlumatlara çıxış əldə etmək, onların bütövlüyünü və geniş ictimaiyyətə təqdim olunan məlumatı dəyişdirmək və infrastrukturu əlçatmaz etmək” məqsədi ilə 85 000-dən çox kiberhücum müəyyən edilib. Kiberəməliyyatın metodu və miqyası SRI-ni "təcavüzkarların əhəmiyyətli resurslara malik olduğu” qənaətinə gətirib: onlar 33-dən çox ölkədə kompüter sistemləri vasitəsilə fəaliyyət göstəriblər və qabaqcıl anonimləşdirmə üsullarından istifadə ediblər.
Nizami Bağırov
Şərhlər