Xəbər lenti

Reanimasiyaya yerləşdirilmiş məşhur qolkiperdən şad xəbər
İdman 11:13 19.07.2023

Reanimasiyaya yerləşdirilmiş məşhur qolkiperdən şad xəbər

Niderland millsinin keçmiş qapıçısı Edvin van der Sar reanimasiyadan evə buraxıldığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, həyat yoldaşı ilə xəstəxana otağında çəkdirdikləri şəkli İnstaqram hesabında paylaşan sabiq qolkiper açıqlamasında, "İlk növbədə dəstək mesajı göndərən hər kəsə təşəkkür edirik. Paylaşmaqdan məmnunam. Mən hələ də xəstəxanada olmağıma baxmayaraq reanimasiyadan çıxdım. Ümid edirəm ki, gələn həftə evə qayıdıb müalicəmin növbəti mərhələsinə keçəcəm” -  ifadələrindən istifadə edib.

İyulun yeddisində tətilə getdiyi Xorvatiyada beyin qanaxması keçirən və xəstəxanaya yerləşdirilən 52 yaşlı mütəxəssis üç gün əvvəl ölkəsinə aparılıb.

Futbolçu karyerası ərzində "Ayaks”, "Yuventus” və "Mançester Yunayted”in qapısını qorumuş Van der Sar Niderland millisinin heyətində 130 matçda forma geyinib. Son olaraq "Ayaks"ın baş direktoru vəzifəsində çalışan keçmiş qapıçı mövsüm bitən kimi klubdan ayrılıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->