Xəbər lenti

Ekonomiks 12:58 18.09.2025

"Rabitəbank"dan neftçilərə özəl nağd pul kampaniyası

Neftçilər Günü münasibətilə "Rabitəbank" ASC ölkəmizin inkişafında mühüm payı olan neftçiləri xüsusi kampaniya ilə sevindirir. 17 sentyabrdan start götürən "Neftçilərə özəl Nağd Pul" kampaniyası çərçivəsində, neft sahəsində çalışanlar 10.5 %-dan başlayan şərtlərlə kredit əldə edə biləcəklər.

30 000 manata qədər təqdim edilən kredit 48 aya qədər müddətə verilir. Digər banklarda kredit öhdəliyi olan, eləcədə əməkhaqqı alan şəxslər də kampaniyadan yararlana bilərlər. Kampaniya 17 oktyabra qədər keçərlidir.

Onlayn kredit müraciəti ilə prosesi daha da sadələşdirə bilərsiniz. "Neftçilərə özəl Nağd Pul" kreditini "Rabitəbank"ın bütün filiallarından, "Rabita Mobile" tətbiqindən və ya sadəcə sayta keçid edərək dərhal sifariş etmək mümkündür: https://rbt.az/nftci

"Rabitəbank" hər zaman ölkənin iqtisadi inkişafında əvəzsiz xidmətləri olan peşə sahiblərini dəstəkləməyə davam edir. Bu strategiyanın davamı olaraq, "Neftçilərə özəl Nağd Pul" kampaniyası da yalnız maliyyə dəstəyi deyil, eyni zamanda onların gündəlik ehtiyaclarını daha rahat şəkildə qarşılamaq və həyat keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

"Rabitəbank" 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->