Xəbər lenti

Qarlı hava nə vaxta qədər davam edəcək?
Ölkə 14:06 20.01.2026

Qarlı hava nə vaxta qədər davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək:

"Ayın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.

--> -->