Xəbər lenti

Qarabağ veteranının vəziyyəti ağırdır: Oğlunun azadlığa buraxılmasını xahiş edir (FOTO)
Ölkə 14:16 27.08.2024

Qarabağ veteranının vəziyyəti ağırdır: Oğlunun azadlığa buraxılmasını xahiş edir (FOTO)

I Qarabağ müharibəsi dövründə erməni əsirliyində olmuş müharibə veteranı, 2-ci dərəcəli əlil Şirin Tarış oğlu Abbasovun durumu ağırdır. Ağır əməliyyatdan çıxan Şirin Abbasov həbsdəki övladının tezliklə azadlığa çıxmasını arzulayır. Bu səbəbdən də baş prokurora müraciət edib.   

Ötən həftə baş prokuror Kamran Əliyevin Yasamal Rayon Prokurorluğunun inzibati binasında qəbul edib dinlədiyi vətəndaşlardan biri də Şirin Abbasov olub. 

Qaynarinfo xəbər verir ki, qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. 

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şirin Abbasov baş prokurora oğlu Lətif Abbasovun yol nəqliyyat hadisəsi törətməsi və bundan sonra üzləşdikləri dələduzluqlar barədə məlumat verməklə məsələnin araşdırılmasını xahiş etmişdi. Bildirmişdi ki, oğlu barəsində cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Həmin vaxt vəkillə müqavilə bağlayıb. Vəkil müqavilə bağlamazdan öncə dəfələrlə həmin maddə ilə təqsirləndirilən şəxslərin işini "həll etdiyini", hakimlər tərəfindən tanınan və "hörmət ediliən" bir şəxs olmasını bildirərək Zərdabi Abbasovun vasitəsilə ondan 53 min 500 manat pul alıb. Daha sonra oğlundan məhkəmədə məsələsinin həlli üçün 30 min manat əlavə pul da alıb. Lakin Bakı Apelyasiya Məhkəməsində oğluna 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib, Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb. 

Şirin Abbasov baş prokurora deyib ki, oğlunun azadlığı üçün ondan alınan pulu Prezident İlham Əliyev tərəfindən müharibədə iştirak etdiyi üçün ona hədiyyə olaraq bağışlanmış evin satılmasından əldə edib. Şirin Abbasovun sözlərinə görə baş prokuror onu dinlədikdən sonra işi xüsusi nəzarətinə götürdüyünü bildirib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->