Xəbər lenti

Polşa NATO-nun qərarı olmadan Ukrayna üzərində Rusiya raketlərini vurmayacaq
Dünya 13:21 11.07.2024

Polşa NATO-nun qərarı olmadan Ukrayna üzərində Rusiya raketlərini vurmayacaq

Polşa bütün NATO üzvlərinin müvafiq qərarı olmadan Qərbi Ukrayna üzərində Rusiya raketlərini vurmayacaq. 

Qaynarinfo xəbər verir ki, bunu Polşa radiosuna müsahibəsində Polşanın Müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib

Müdafiə Nazirliyi rəhbərinin qeyd etdiyi kimi, Ukrayna çoxdan qərbə uçan raketlərin NATO ölkələrinin ərazisindən vurulmasını tələb edir.

Bununla belə, Kosinyak-Kamış Polşanın bu məsələdə təkbaşına heç bir qərar verməyəcəyini və "bu, NATO miqyasında bir qərar olmalıdır” deyib.

Polşalı nazirin sözlərinə görə, hazırda NATO-da belə bir razılaşma yoxdur. O, Ağ Evin "münaqişənin böyüməsini istəmədiklərini” ifadə edən mövqeyinə işarə edib.
"Əlbəttə, Polşa Respublikası ərazisində raketlərlə bağlı başqa prosedurlar da var. O zaman bu, bizim qərarımızdır”, - Kosinyak-Kamış əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə spikeri Con Kirbi Polşanın Rusiya raketlərinin vurulmasını şərh edərkən ABŞ-ın Ukraynada müharibənin qızışmasını istəmədiyini bildirib.

Polşanın baş naziri Donald Tusk bildirib ki, Polşa NATO müttəfiqlərini Ukrayna ərazisi üzərində Rusiya raket və pilotsuz uçuş aparatlarının mümkün vurulmasını müzakirə etmək üçün cəlb edəcək.

İyulun 8-də Varşavada Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
Sənəddə Polşa istiqamətində atılan raket və dronların Ukrayna hava məkanında vurulmasının müzakirə edilməsi nəzərdə tutulur. 


Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->