Astarada keçirilən əməliyyat zamanı axtarışda olan əvvəllər 5 dəfə məhkum olunmuş silahlı şəxs polislər tərəfindən saxlanılıb
Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Astara rayon sakini 1978 -ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlunun qeydiyyatda olduğu evdə gizlənməsi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid 7 ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Şərhlər