Xəbər lenti

Poçt işçisi 1 funt-sterlinqlik sikkə tapdı, 1250 dəfə baha qiymətə satdı (FOTO)
Dünya 23:00 25.10.2024

Poçt işçisi 1 funt-sterlinqlik sikkə tapdı, 1250 dəfə baha qiymətə satdı (FOTO)

İngiltərədə poçt işçisinin təsadüfən tapdığı unikal 1 funt-sterlinqlik sikkə hərracda satılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

62 yaşlı Diana Bat Kral Sikkəxanasından aldığı funt-sterlinqləri kassaya yükləyərkən qəfildən metal əskinaslardan birində kəskin fərq görüb. Sikkə gümüş deyil, sarı rəngdə olub.

Bath mütəxəssislə məsləhətləşib və öyrənib ki, nadir funt-sterlinq ənənəvi nikel deyil, misdən hazırlanıb. 

Mütəxəssislə məsləhətləşdikdən sonra Diana onu hərracda 600 funt-sterlinqə - adi dəyərindən 600 dəfə baha qiymətə ala biləcəyini öyrənib. O, sikkəni oktyabrın 18-də Yorkşirdəki "Ryedale Auctioneers"də hərraca aparıb və başqa bir şokla qarşılaşıb. Sikə təxmin edilən dəyərindən iki dəfə çox - 1250 funt sterlinqə satılıb.

"İlk təklif 400 funt sterlinqdən gəldi, sonra 500 funt-sterlinq oldu, 570-ə qalxdı. Nəhayət, 1250 funt-sterlinqlə bir xanım qalib gəldi. Hamı əl çaldı və çox həyəcanlı bir gün idi", deyə Diana bildirib.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->