Xəbər lenti

“Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir” - Elmar Məmmədyarov
Siyasət 09:56 16.04.2023

“Paşinyan Azərbaycana zəng edib, üzr istəməlidir” - Elmar Məmmədyarov

Aprelin 14-də İrəvanda Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı Azərbaycan bayrağının yandırılması təkcə ölkəmizin deyil, bütün sivilizasiyanın hiddətinə səbəb olub. Ermənilərin bu vandallığı bütün insan haqlarına və beynəlxalq hüquqa təhqirdir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, bu hadisə Ermənistanın əsl simasını dünyaya bir daha göstərdi:

"Ən acınacaqlısı da odur ki, insidentin baş verdiyi açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Bu isə o deməkdir ki, baş verəcək insidentdən Paşinyanın qabaqcadan xəbəri olub.

Əgər belə olmasa idi, o, anındaca tribunaya çıxıb baş verənlər üçün hər kəsdən üzr istəməli idi, amma bunu etmədi.

Əgər Paşinyan həqiqətən olanlardan peşimandırsa, o zaman sülh danışıqlarına sadiqliyini və beynəlxalq hüquqa hörmətini göstərmək üçün Azərbaycana zəng edib, üzr istəməlidir. Yalnız bundan sonra Paşinyanın peşimançılığında səmimi olduğuna inanmaq olar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->