Xəbər lenti

Niderland millisinin məşhur qapıçısı reanimasiyaya yerləşdirildi
İdman 12:22 08.07.2023

Niderland millisinin məşhur qapıçısı reanimasiyaya yerləşdirildi

Niderland millisinin və "Mançester Yunayted"in sabiq qapıçısı Edvin van der Sar beyin qanaması keçirib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Erediviziya klubu "Ayaks"dan açıqlama verilib. Açıqlamada, "Edvin van der Sar bu gün beyin qanaxması keçirib. O, xəstəxananın reanimasiya şöbəsində saxlanılır və vəziyyəti stabildir. Ona tezliklə sağalmasını arzu edirik. Sizi düşünürük" - ifadələrinə yer verilib. 

Xorvatiyada xəstəxanada müalicəsi davam edən 52 yaşlı sabiq qolkiper aktiv futbolçu karyerası ərzində "Ayaks”, "Yuventus” və "Mançester Yunayted”in qapısını qoruyub.

Son olaraq "Ayaks"ın baş direktoru vəzifəsində çalışan keçmiş qapıçı mövsüm bitən kimi klubdan ayrılıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->