"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri məlum olub.
Qaynarinfo xəbər verir ki, monteneqrolu mütəxəssis ölkəsində çalışacaq.
Bojoviç "Budoçnost"la anlaşıb. Bu barədə Podroritsa təmsilçisinin icraçı direktoru Predraq Kajiç məlumat verib.
Qeyd edək ki, Miodraq Bojoviç 2023/2024 növsümünün ikinci yarısında "Neftçi"nin baş məşqçisi vəzifəsində çalışıb.
Şərhlər