Çərşənbə axşamı, iyulun 2-də sinoptiklər Moskvada rekord yüksək temperatur qeydə alıblar - +31,9 dərəcə.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
Ekspertin sözlərinə görə, Moskvada 134 il əvvəlki istilik rekordu təkrarlanıb: sonuncu dəfə şəhər iyulun 2-də +31,9-a qədər isinib. Bu 1890-cı ildə olub.
İyulun 1-də Rusiyada 28 temperatur rekordu qeydə alınıb. Onlardan biri Xersondadır (+35,9°C), burada əvvəlki rekord +34,7°C 2017-ci ildə qeydə alınmışdı. Pskovda termometr +34,3°C-yə çatıb. Əvvəlki rekord 2022-ci ildə +30,7°C olmuşdu. Çitada +34,1°C qeydə alınıb (əvvəlki rekord 2022-ci ildə +33,8°C olub).
Aydın
Şərhlər