Xəbər lenti

MKİ rəhbəri etiraf etdi:
Dünya 22:51 30.01.2024

MKİ rəhbəri etiraf etdi: "ABŞ artıq danılmaz üstünlüyə malik deyil"

"ABŞ artıq texnoloji inqilabda danılmaz liderliyə malik deyil". 

Qaynarinfo xəbər veirr ki, bunu AVŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns "Foreign Affairs" jurnalı üçün "Rəqabət dövründə MKİ-nin transformasiyası" adlı məqaləsində bildirib.

"Mikroçiplərdən süni intellektə və kvant hesablamalarına qədər yeni texnologiyalar dünyanı, o cümlədən kəşfiyyat peşəsini dəyişir. Bir çox cəhətdən, bu inkişaflar MKİ-nin işini həmişəkindən daha çətinləşdirir, düşmənlərə bizi çaşdırmaq, qaçmaq və casusluq etmək üçün güclü yeni alətlər verir", deyə Börns bildirib.

MKİ direktoru 2024-cü ilin Ukraynanın dözümlülüyünü sınayacağına inanır: "Ciddi danışıqlar mümkün olarsa, silah tədarükünün davamı Ukraynanın mövqeyini gücləndirəcək".

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya hərbi təchizatı davam etdirməkdən imtina edərsə, Ağ Ev "tarixi ölçüdə avtoqol vuracaq". Eyni zamanda, Börns etiraf edir ki, Ukraynada münaqişənin davam etməsi Amerikanın hərbi sənaye kompleksinə böyük dividendlər, ABŞ-a isə geosiyasi üstünlük verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->