Xəbər lenti

MİT Suriyada solçu terrorçunu məhv etdi
Dünya 11:17 06.01.2023

MİT Suriyada solçu terrorçunu məhv etdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada əməliyyat keçirib.

Qaynarinfo "Milliyet"ə istinadən xəbər verir ki, Suriyanın Əl-Həsəkə şəhərində keçirlən əməliyyat nəticəsində Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) Suriya üzrə "baş direktoru" olan "Ahmet Şoreş" kod adlı Zeki Gürbüz Haseke məhv edilib.

Məlumata görə, o, Bursada (Mudanya) 20 aprel 2022-ci ildə cəzaçəkmə müəssisəsinin xidməti maşınına edilən terror aktının və 16 avqust 2022-ci ildə sərhəddə türk hərbçilərə qarşı təşkil olunan raketli hücumun birbaşa təşkilatçısı olub. 

Zeki Gürbüz 2008-ci ildə MLKP-nin Türkiyə "direktoru" təyin edilib. 2012-ci ildə qeyri-qanuni yollarla Türkiyəni tərk edərək İtaliyaya yollanıb və 2013-cü ilin fevralında Yunanıstanda saxlanılıb. Türkiyənin Zeki Gürbüzün ekstradisiyasına dair tələblərinə baxmayaraq, Yunanıstan tərəfi onu təhvil verməyib və həmin ilin aprel ayında şərti olaraq azad edilib.

Xatırladaq ki, MLKP 1994-cü il sentyabrın 10-da yaradılan və silahlı qruplaşma hesab olunan qeyri-rəsmi partiyadır. Türkiyə MLKP-ni terror təşkilatı elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->