Xəbər lenti

MİT PKK-nın PUA istehsalçısını zərərsizləşdirdi
Dünya 12:43 09.05.2023

MİT PKK-nın PUA istehsalçısını zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatda PKK/KCK-nın "xüsusi təyinatlı aviasiya bölməsi"nin səlahiyyətli şəxslərindən biri olan "Dəniz Bəhri" kod adlı Tekin Okanı zərərsizləşdirib.

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, zərərsizləşdirilən şəxs 2018-ci ildə Şırnakın şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarını idarə edib. Hücumlarda istifadə edilən PUA-ları onun özünün dizayn və istehsal etdiyi müəyyən edilib.

Ötən illərdə Türkiyədə təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Tekin Okan MİT tərəfindən hədəf siyahısına daxil edilib. Bölgədə təhlükəsizlik qüvvələrinə qarşı bir çox terror fəaliyyətlərinə rəhbərlik edən "Dəniz Bəhri" MİT-in sahə agentləri tərəfindən təqib olunub.

MİT-in sahə agentləri Tekin Okanın PUA-lar istehsalı və idarə olunması üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyini öyrəniblər. Uzun müddət davam edən təqibdən sonra MİT agentləri hərəkətə keçib və əldə edilən məlumata əsasən İraqın Qara bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilib.

Tekin Okan 2010-cu ildə PKK-nın sıralarına qoşulub cə 2011-ci ildə Şimali İraqa köçüb. O, Qara bölgəsində "xüsusi təyinatlı aviasiya bölməsi"ndə PKK/KCK üçün PUA-ların hazırlanması üzərində çalışıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->