Məşhur Dion bacılarından sonuncusu olan Annett Dion 91 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) ailə nümayəndəsinə istinadən məlumat yayıb.
Dion bacıları tarixdə körpəlik dövrünü sağ-salamat keçirən ilk beşəmlər kimi tanınırdı.
NYT-nin mənbəsinin sözlərinə görə, Annett Dion dekabrın 24-də Monreal ətrafında Altsheymer xəstəliyinin ağırlaşmaları səbəbindən vəfat edib.
Beş eyni yumurta əkizi olan bacılar - İvon, Annett, Sesil, Emili və Mari - 28 may 1934-cü ildə Kanadada dünyaya gəliblər. Körpələr dörd aylıq olarkən Qırmızı Xaçın himayəsinə verilib. 1935-ci ildə Ontario hökuməti xüsusi qanun qəbul edərək qızları yetkinlik yaşına çatana qədər tacın himayəsində olan şəxslər elan edib.
Bacılar doqquz yaşına qədər xüsusi uşaq bağçasında yaşayıb, tez-tez kommersiya reklamlarında istifadə olunublar. Yalnız 1943-cü ildə valideynləri qızlar üzərində qəyyumluq hüququnu geri ala bilib.
Beş bacının hamısı yetkinlik yaşına çatıb. Onlardan ilk olaraq 1954-cü ildə Emili, daha sonra 1970-ci ildə Mari, 2001-ci ildə İvon, 2025-ci ilin martında isə Sesil vəfat edib. Annett Dionun ölümü ilə Dion beşəmlərinin hamısının həyat yolu başa çatıb.
Aydın
Şərhlər