Xəbər lenti

Məntəqə sədri qəfil vəfat etdi
Ölkə 17:50 07.02.2024

Məntəqə sədri qəfil vəfat etdi

Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı "Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, vəfat edib.

İlkin məlumata görə, 63 yaşlı sədr ürəktutmadan vəfat edib.

Yaxınları bildirib ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.az saytı yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->