Moldova prezidenti Maya Sandu 2024-cü ildə yenidən dövlət başçısı seçilmək niyyətində olduğunu bəyan edib. O, Avropaya inteqrasiya missiyasını yerinə yetirməyə söz verib.
Qaynarinfo xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin saytında məlumat verilib.
Mətbuat xidməti qeyd edib ki, vəzifəyə gəldikdən 3 il sonra Sandu yeni müddətə namizədliyini irəli sürəcəyini bəyan edib və parlamentdən referendum təşkil etməyi xahiş edib.
Moldova prezidenti qeyd edib ki, bir neçə il əvvəl ölkə hakimiyyəti vətəndaşlarla birlikdə Moldovanın daha yaxşı ölkəyə çevrilməsi yolunda addımlamağa başlayıb.
"Mandatın olduğu üç il ərzində biz evdə əmin-amanlığı qoruya bildik, ölkənin müstəqilliyini möhkəmləndirə bildik, xalqla birlikdə addımladıq və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başladıq. Bizim gələcəyimiz Avropa ailəsindədir və Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə aydın şəkildə söyləmək lazımdır. Parlamentdən xahiş edirəm ki, gələn payızda vətəndaşların səsi həlledici olacaq referendumun təşkilinə təşəbbüs göstərsin", deyə Maya Sandu vurğulayıb.
Aydın
Şərhlər