2024-cü ilin yazında Rusiya Moldovada vəziyyəti yenidən qarışdırmağa çalışacaq.
Qaynarinfo "Newsmaker”ə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu
bildirib.
"Biz bilirik ki, bu yaz Rusiya vəziyyəti qarışdırmaq cəhdlərini bərpa edəcək", - Moldova prezidenti bildirib.
Sanduya görə, bütün bu müddət ərzində "Rusiya Dnestryanı bölgədəki rejimdən istifadə etməklə Kişinyovda vəziyyəti qarışdırmağa çalışıb”.
Prezident bildirib ki, onlar bu risklərdən xəbərdardırlar və bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.
"Keçən il Rusiya hökuməti devirmək niyyətində olanda etdiyimiz kimi, biz onlarla danışırıq və vətəndaşları bu risklər barədə maarifləndiririk”, - Sandu qeyd edib.
Eyni zamanda, Sanduya görə, "hələ görüləsi işlər var, zəif yerlər hələ də mövcuddur".
O, Moldovanın bu məsələdə Rumıniyanın və beynəlxalq ictimaiyyətin dəstəyinə arxalandığını vurğulayıb.
Xatırladaq ki, Moldova prezidenti daha əvvəl bəyan edib ki, Rusiya Moldovanı Belarus kimi Ukraynaya qarşı istifadə etmək üçün Kişinyovda rusiyayönlü "hökumət” qurmağa çalışır.
Nizami Bağırov
Şərhlər