Xəbər lenti

Maya Sandu:
Dünya 22:07 11.10.2023

Maya Sandu: "Rusiya uzun illərdir bizi şantaj edir"

Moldova prezidenti Maya Sandu Ali Təhlükəsizlik Şurasının yekunlarına dair mətbuat konfransında çıxış edərək, Rusiyanın uzun illərdir ölkəsini şantaj etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi bütövlükdə dövlət üçün təhlükə yaradır.

"Biz çox aydın görürük ki, bütün müstəqillik illərində Kreml bizi necə aşağılamağa və taleyimizə nəzarət etməyə çalışıb. Enerji şantajı, iqtisadi şantaj və embarqo, hərbi şantaj, bizim iradəmizə zidd olaraq ərazimizdə bəzi qoşunların saxlanması, dövləti ələ keçirmək istəyən bəzi cinayətkar qrupların maliyyələşdirilməsi, dezinformasiya və yalanlar, xalqımıza və burada yaşayan bütün insanlara ünvanlanan təhqiramiz ifadələr bura daxildir", deyə Sandu bildirib.

O əlavə edib ki, Moldova Ukrayna münaqişəsi səbəbindən sabitliyin pozulması riski ilə üzləşib və Ukrayna uduzacağı təqdirdə növbəti olmaq  real riski altındadır. Sandu vurğulayıb ki, şurada ölkənin, o cümlədən Rusiya üçün əsas çağırışlar və onlarla mübarizə üçün addımlar müəyyən edən Milli Təhlükəsizlik Strategiyasının layihəsi təqdim olunub.

"Biz milli müdafiəmizi yenidən qurmalı və hibrid hərəkətlərə qarşı durma qabiliyyətini inkişaf etdirməliyik. Bu səy bizim gücümüzdədir. Moldova kiçik ölkədir, lakin biz onun alçaldılmış ölkə olmasına icazə verməyəcəyik”, deyə Sandu qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->