"Bu gün əhali pulsuz polietilen torbalardan daha çox istifadə edir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Ekspert bunun səbəblərini belə izah edib:
"Əhlainin kasıb hissəsi pulsuz balaca torbalardan istifadə edir. Əvvəl bir torba alıb məhsulu ona yığardısa, indi 4-5 torba alır, bəzən isə torbanı torbanın içərisinə yerləşdirir. Mən müşahidə aparmışam. Düşünürdüm ki, adamlar nə edəcək? Əksəriyyət marketə gələndə deyir ki, böyük torba lazım deyil. Marketdən aldığı məhsuları kiçik torbalara yığırlar. Əvvəl pulsuz olan vaxtı böyük ölçüdə 1-3 torba götürürdüsə, indi 6-7 pulsuz balaca torba götürür. Bu da ümumu çəkidə iki dəfə ağır olur. Torbalar ağır olmasına baxmayaraq iksi bir böyük torbanın çəkisi qədərdir".
İqtisadçı Natiq Cəfərli bununla bağlı 2023-cü ildə Azərbaycanda qərar qəbul edildiyini qeyd edib:
"Mağazalarda polietilen torbalar pullu olacaq, kiçik paketlər 3, böyüklər 5 qəpiyə satılacaq. Həmin qərardan sonra onlarla müsahibə verdim və dedim ki, torbaları pullu etməklə iş düzəlmir, bunun təbliğat, PR ayağı da olmalıdır. Heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək. İndi rəsmi məlumat yayılıb ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu keçən ilin eyni dövrü - yəni, torpalar pullu olmağa başladığı dövr ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik. Problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil, bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və məktəbdən başlamaqla həll oluna bilər".
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu keçən ilin eyni dövrü (yəni, torpalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur.
Bahar Rüstəmli
Şərhlər