ABŞ-ın respublikaçı senatoru Lindsi Qremin fikrincə, təqaüddə olan F-16 pilotları Rusiyaya qarşı müharibədə Ukraynaya kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” məlumat
yayıb.
Qrem bildirib ki, Ukrayna azadlıq uğrunda döyüşmək istəyən təqaüddə olan F-16 pilotlarını işə götürə bilər.
"Onlar (Ukraynalılar - red.) öz pilotlarını yetişdirənə qədər onlara kömək etmək üçün təqaüdə çıxmış hazır pilotları NATO ölkələri arasında axtaracaqlar”, - o deyib.
Amerikalı senatorun qeyd etdiyi kimi, bu, Ukraynaya müttəfiqləri tərəfindən daha əvvəl təhvil verilmiş F-16 təyyarələrindən pilotlar təlim keçənə qədər istifadə etməyə imkan verəcək.
"Mesajım budur: biz tam şəkildə bu işə cəlb olunmalıyıq. 2024-cü ildə görmək istədiyim bunlardır: Mən bu məsələni qaldıracağam. Mən prezident Baydendən xahiş edirəm ki, siz vəzifədən getməzdən əvvəl bu dəvətin verilməsini təmin edəsiniz”, – Qrem bildirib.
Nizami Bağırov
Şərhlər