"Belə bir saxta məktubun ortaya çıxmasında Ermənistan, Ukrayna və başqa qüvvələr də maraqlı ola bilərlər. Məqsədləri də Bakı ilə Moskva arasında münasibətlərin korlanmasına nail olmaqdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Rusiya XİN-in öz şefləri Sergey Lavrovun Azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı deyilən məktunun saxta olduğu barədə yaydığı bəyanatı şərh edərkən deyib:
"Rusiya XİNLavrovun Ceyhun Bayramova olan məktubunun saxta olduğunu, belə bir mətbutun yazılmadığını deyir. Həmin məktubda da Rusiya səmasının təhlükəsiz olmadığı iddia olunur. Hətta məktub saxta olsa da, Rusiya səmasının təhlükəsiz olmadığı artıq hamıya məlumdur. Ukrayna Rusiya səmasında cəsarətli əməliyyatlar keçirir, bu ölkənin müxtəlif şəhərlərinə çoxsaylı pilotsuz uçuş aparatları ilə hücumlar edir, raket atır. Ən böyük təhlükə isə pilotsuz uçuş aparatlarıdır. Aydındır ki, Rusiya səması təhlükəsiz deyil”.
Ekspert qeyd edir ki, mövcud vəziyyətdən sui-istifadə edərək, müəyyən qüvvələr belə bir saxta məktubu ortaya atıblar:
"Son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib. Bunun əsas günahkarı də Rusiyadır. Aydın olan məsələlərlə bağlı vaxtında üzr istəmədiyinə, müxtəlif yalan versiyaları ortaya atdığına görə, Azərbaycan hakimiyyəti kəskin etirazını bildirdi və tələb etdi ki, Moskva məsələnin araşdırılmasında əlindən gələni etməli və üzr istəməklə təzminat ödəməlidir. Cinayət törədən şəxslər də cəzalandırılmalı və beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir”.
Politoloq bildirir ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsini istəmir. A.Səmədov qeyd edir ki, Bakı ilə Moskva arasında gərginliyin yaranmasını ilk növbədə istəyən Ermənistandır:
"Rusiyadakı ermənipərəst və daim Azərbaycana düşmən mövqedə olan dairələr Bakı ilə Moskva arasında münasibətlərin pozulmasını çox arzulayırlar”.
Azərbaycan kimi əhəmiyyətli dövlətin Moskva ilə münasibətlərinin pozulmasında ekspertin fikrincə, Ukrayna da müəyyən qədər maraqlıdır:
"Bu da Ukraynanın Rusiya ilə müharibə aparması ilə bağlıdır. Başqa maraqlı tərəflər də var. Ancaq Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi nə Bakı, nə də Moskvanın maraqlarına cavab vermədiyindən güman edirəm ki, bundan sonra Rusiya beynəlxalq hüququn tələblərinə əməl edərək, günahkarları cəzalandıracaq və üzr istəməklə təzminat ödəyəcək. Belə bir addım atılsa, münasibətlərimizin əvvəlki vəziyyətə qayıtması asan olacaq”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun adından azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlanan məktubun saxta olduğunu barədə bəyanatla çıxış edib. "Sosial şəbəkələrdə Rusiya XİN rəhbəri S. Lavrovun adından Azərbaycan XİN rəhbəri C.Bayramova guya məktub ünvanlandığı barədə məlumat yayılıb. İngiliscə yazılan bu məktubda iddia edilir ki, guya bizim ölkə (Rusiya-red.) Rusiya səmasının təhlükəsiz istifadəsinə zəmanət verə bilmir. Bu kobud saxtakarlıqdır. Saxta müəlliflər adi bir poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər.
Rüfət Sultan
Şərhlər