Xəbər lenti

Kral III Çarlz Keyt Middletonun cəsarəti ilə fəxr edir
Dünya 12:43 23.03.2024

Kral III Çarlz Keyt Middletonun cəsarəti ilə fəxr edir

Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozunu açıqlayan Uels şahzadəsi Keyt Middletonla fəxr edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Bukingem sarayının nümayəndəsinə istinadən yazır.

Uels şahzadəsi Keyt Middleton cümə günü qarın boşluğunda əməliyyatdan sonra xərçəng diaqnozu qoyulduğunu və indi kimyaterapiyadan keçdiyini açıqlayıb.

Nəşr monarxın sözlərindən sitat gətirir: "Kral III Çarlz Keyt və onun bu vəziyyətdəki cəsarəti ilə çox fəxr edir".

"The Guardian" yazır ki, III Çarlz və kraliça Kamilla bu çətin dövrdə bütün ailəni dəstəkləməyə və sevməyə davam edəcəklər.

Kensinqton Sarayı yanvarın 17-də Keyt Middletonun qarın nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatın səbəbləri açıqlanmasa da, Uels şahzadəsinin onun tibbi məlumatlarının məxfi qalmasını arzuladığı qeyd edilib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->