"Köhnə və qəzalı vəziyyətdə olan bütün binaların sökülməsinə ehtiyac var. Həmin binalarda yaşamaq çox təhlükəlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov Bakıda qəzalı vəziyyətdə olan evlərin söküntüsünün başlanması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, həmin binaların heç biri günün tələblərinə cavab vermir:
"O binalar tez bir zamanda sökülməlidir. Amma bu binaların hamısını eyni vaxtda sökmək mümkün deyil. Həmin binalarda yaşayanları yerləşdirmək çox vaxt aparır. Bu işlər zaman tələb edəcək”.
Bahar Rüstəmli
Şərhlər