Xəbər lenti

Kilosu 7 manata satılan kərə yağı nədən hazırlanır?
Ekonomiks 15:14 05.08.2024

Kilosu 7 manata satılan kərə yağı nədən hazırlanır?

İsveçdən Azərbaycana gələn tanınmış jurnalist Elbəyi Həsənli bu günlərdə Beyləqanda qonaq olub. O, sözügedən rayonda yağ müəssisələrinin birindən kərə yağının kilosunu 7 manata alıb. Elbəyi Həsənli bununla bağlı sosial şəbəkədə paylaşım edib:

"Beyləqandayıq. Balaca bir müəssisədəyik. Kərə yağı 7 manat, pendir 5 manat, şor 3 manat. Yaşa da kasıb". 

İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kərə yağının 1 kilosunu 7 manata satmaq istiqsadi baxımdan heç bir fermerə sərf etməz:

"Bir kiloqram kərə yağını əldə etmək üçün 24 kiloqram süd tələb olunur. Biz deyə bilmərik həmin müəssisədə satılan yağ nədir. Yağın keyfiyyəti necədir? Onu yalnız laboratoriya şəraitində yoxlanılandan sonra demək olar. Süd emalı zavodları var. Onlar asanlıqla südün 1 litirini 75 qəpikdən alır. Hətta südün bir litirini 75 qəpikdən alsa da belə südün maya dəyəri hardasa 18 manat edir. Onun yağ halına salınma prosesi də var, bu da müəyyən xərclər tələb edir. İqtisadi baxımdan heç bir fermerə sərf etməz ki, 18 manata aldığı südü yağa çevirib kilosunu 7 manata satsın". 
 


Vahid Məhərrəmov Türkiyə istehsalı olan kərə yağlarının bir kilosunun 25 manata satıldığını vurğulayıb:

"Çox keyfiyyətli yağdır. Azərbaycanda 7 manata kərə yağı satılsa, hansı sahibkar gedib Türkiyədən baha qiymətə yağ gətirər? Elə gedib evimin içindəkini alaram. Hamı yazır, amma hər yazılan kərə yağı deyil. Bu gün Azərbaycanda çox az süd istehsal olunur. Süd istehsalı çox baha başa gəlir. Ona görə ki, Azərbaycanda ot və yem bahadır". ,

Məsələni araşdırmaq üçün Beyləqanda fəaliyyət göstərən müəssisənin rəhbəri Bəşir adlı şəxslə əlaqə saxladıq. O, bizi dinləsə də sullarımıza cavab vermək istəməyib və telefonu söndürüb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->