"Wildberries"in təsisçisi Tatyana Kim deyib ki, onun keçmiş əri Vladislav Bakalçuk və komandası şirkəti 37 milyard rubldan məhrum edib və biznes sabitliyini pozub.
Qaynarinfo "Kommersant"a
istinadən xəbər verir ki, o, həmçinin keçmiş ərini haker hücumları təşkil etməkdə, tikilməkdə olan anbarlara hücum etməkdə və işçiləri hədələməkdə ittiham edib.
Şirkətin rəhbəri "Telegram" kanalında videomüraciətində bildirib ki, Bakalçukun hərəkətləri 2023-cü ildə şirkət və "Russ"un birləşməsi ilə bağlı etiraz dalğasına səbəb olub.
Onun fikrincə, keçmiş ərinin komandası bütün "Wildberries "tikinti layihələrini dondurmaqda, şirkəti qarət etməkdə və biznesi riskə atmaqda günahkardır. Xanım Kim vurğulayıb ki, bütün məsələlər qanun çərçivəsində həll edilməlidir, "90-cı illərin üsullarına" əl atılmamalıdır.
Sentyabrın 18-də Moskvada "Wildberries" ofisi yaxınlığında atışma baş verib, nəticədə iki mühafizəçi həlak olub, 7 nəfər yaralanıb. Tatyana Kim keçmiş ərini hücumla şirkəti ələ keçirməyə cəhddə ittiham edib. Vladislav Bakalçuka qarşı Rusiya Cinayət Məcəlləsinin adam öldürmə və adam öldürməyə cəhd daxil olmaqla dörd maddəsi ilə ittiham irəli sürülüb. Bakalçuk özü danışıqlara gələndə hücuma məruz qaldığını bildirib və təqsirini inkar edir. İş üzrə ümumilikdə 30 nəfər həbs edilib.
Aydın
Şərhlər