Xəbər lenti

İslam Rzayevin vəkili məlum oldu
Ölkə 09:41 31.10.2025

İslam Rzayevin vəkili məlum oldu

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.

İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->