Xəbər lenti

İrlandiyalı qadın yolkaya görə 800 min dollardan oldu (FOTO)
Dünya 22:23 28.02.2024

İrlandiyalı qadın yolkaya görə 800 min dollardan oldu (FOTO)

İrlandiyalı qadın yolka atma şəklinə görə 800 min dollar itirib.

Qaynarinfo "New York Post"a istinadən xəbər verir ki, Kamilla Qrabska 2017-ci ildə avtomobil qəzasına düşüb. Qadının sözlərinə görə, qəzadan sonra boynunda və kürəyində şiddətli ağrılar hiss etməyə başlayıb, bu səbəbdən 5 il işləyə bilməyib. İrlandiyalı qadın daha sonra işini tərk edib və sığorta şirkətindən əlilliyə görə müavinət alıb.

Bu, sığorta şirkətinin əməkdaşları Kamillanln 2018-ci ildə yerli yarışma zamanı yolka atma fotolarını sosial mediada görənə qədər davam edib. Üstəlik, Qrabska "daimi ağrıya" baxmayaraq, ağacı ən uzağa ataraq yarışmada qalib gəlib.

Daha sonra sığorta şirkəti qadını məhkəməyə verib və iddia edib ki, Qrabska işləyə bildiyi üçün qeyri-qanuni müavinət alıb və vəziyyəti barədə yalan danışıb. Kamilla xəsarətlərini saxtalaşdırmasını edib. Lakin 2024-cü ilin fevralında məhkəmə iddiaçının tələbini təmin edərək, Kamillanı şirkətə 800 min dollar ödəməyə məcbur edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->