Xəbər lenti

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanıldı
Ölkə 16:17 11.03.2025

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanıldı

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->