Xəbər lenti

Dünya 22:40 08.10.2024

"iPhone" istifadəçiləri "Android" işlədənlərə "pis baxır", sevgili olmaq istəmir - Maraqlı araşdırma

"The New York Post" "iPhone" və "Android" smartfon istifadəçiləri ilə bağlı maraqlı araşdırma paylaşıb. 

Qaynarinfo xəbər verir ki, araşdırmanı "All About Cookies" şirkəti aparıb. Məqsəd müəyyən brendə üstünlük verilməsinin şəxsi həyata və sosial əlaqələrə necə təsir etdiyini öyrənmək olub.

Beləliklə, "iPhone" sahiblərinin 22%-i "Android" cihazları sahiblərinə yuxarıdan aşağı baxdıqlarını, 23%-dən çoxu isə çətin ki, belə insanlarla görüşməyə başlayacaqlarını etiraf ediblər. Kişilərin 31%-i və qadınların 16%-i "Android" işlədən insanla romantik münasibətə başlamaq istəmədiklərini bildiriblər.

"All About Cookies" araşdırması həmçinin müəyyən edib ki, "Android"ə üstünlük verənlərin 52%-i cihazlarına görə istehza ilə üzləşib, 36%-i isə ciddi tənqidlərə məruz qalıb. Respondentlərin təqribən 30%-i hətta ələ salınmamaq üçün "Android"dən iOS-a keçməyi də düşünüb.

Araşdırmanın nəticələrini şərh edən ekspertlər qeyd ediblər ki, qadcetlər və brendlər üzrə ayrı-seçkilik hələ də problem olaraq qalır. "Google" özü dəfələrlə "Apple"ı "Android" sahiblərini mesajların rənginə görə sıxışdırmaqda ittiham edib.

CIRP analitiklərinin son hesabatında deyilir ki, "iPhone"a keçən "Android" istifadəçilərinin sayı son 5 ilin ən yüksək həddinə çatıb. Eyni zamanda, əksər hallarda istifadəçilər 15-ci sıraya məhəl qoymadan köhnə "iPhone 13", "iPhone 14" və "iPhone SE"nin lehinə seçim edirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->