"Apple” şirkəti sentyabrın 7-də "İphone 14” modelini təqdim edəcək.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, artıq yeni modelin qiymətləri mətbuata sızıb.
Məlumata görə, bu seriyanın ən ucuz modeli 128 GB yaddaşlı "İphone 14” 800-900 dollara satılacaq ki, bu da təxminən 1400-1500 manat edir.
Bu seriyada ən bahalı model 512 GB yaddaşa malik "İphone 14 Pro Max”ın satış qiyməti isə 1700-1800 dollar arasında olacaq. Bu isə təxminən 2900-3000 manat deməkdir.
"İphone 14” bənövşəyi rəngli və 3 kameralıdır. Onun çəkiliş xüsusiyyətinin isə əvvəlki modellərə nisbətən daha da təkmilləşdiyi bildirilib.
Aydın
Şərhlər