Azərbaycan milli komandası İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə İordaniya Futbol Assosiasiyasının rəsmi saytı məlumat
yayıb.
İordaniya Futbol Assosiasiyasının icraedici orqanı milli komandanın 2024-cü ilin əvvəlində Qətərin paytaxtı Dohada keçiriləcək Asiya Kuboku və 2026-cı ildə baş tuttacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq üçün 2023-cü ilin iş planını təsdiqləyib. Plana əsasən, komanda il ərzində ikinci beynəlxalq fasilə çərçivəsində Avstriyada təlim-məşq toplanışı keçirəcək, bu müddət ərzində iyunun 16-da Serbiya ilə, ayın 20-də Yeni Zelandiya yoldaşlıq oyunu keçirəcək. İordaniya sentyabrın 7-də Osloda Norveçlə, beş gün sonra isə Bakıda Azərbaycan millisi qarşılaşacaq.
Aydın
Şərhlər