Xəbər lenti

İnsanla it arasında dostluq harada və nə vaxt yaranıb? - Alimlər cavab tapdı
Dünya 20:30 06.12.2024

İnsanla it arasında dostluq harada və nə vaxt yaranıb? - Alimlər cavab tapdı

İnsanlarla itlər arasındakı əlaqənin təxminən 12 000 il əvvəl, daha öncə düşünüləndən 2 000 il əvvəl yarandığı müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Arizona Universitetinin apardığı tədqiqatların nəticələrinə əsasən "Interesting Engineering" məlumat yayıb.

Tədqiqatçılar bu nəticəyə Alyaskada aşkarlanan arxeoloji tapıntılar əsasında gəliblər.

Sağ qalmaqdan dostluğa doğru

Araşdırmaya rəhbərlik edən Arizona Universitetinin Antropologiya Məktəbinin dosenti Fransua Lanoe bildirib ki, bu kəşf Amerikada ilk sakinlərin həyatını araşdıranlar üçün mühüm əhəmiyyət daşıyır.

"İndi bizdə sübutlar var ki, insanlar və itlər düşündüyümüzdən daha əvvəl yaxın münasibət qurublar", deyə Lanoe qeyd edib.

2018-ci ildə Lanoe və komandası yetkin bir itə aid sümük tapıb. Radiokarbon analizlər göstərib ki, bu heyvan 12 000 il əvvəl, buz dövrünün sonunda yaşayıb.

2023-cü ilin iyununda tədqiqatçılar Hollembek təpəsi yaxınlığında 8 100 il əvvələ aid bir it çənəsi sümüyü tapıblar. Bu sümükdə evcilləşdirmənin izləri görünür. Araşdırmanın ən maraqlı nəticələrindən biri qədim itlərin qidasında qızılbalığın olması ilə bağlı idi. Sümükdə aparılan kimyəvi analizlər bu itlərin insanların köməyi ilə yüksək miqdarda protein qəbul etdiyini göstərib.

Tədqiqatın həmmüəllifi, Alyaska Universitetinin arxeoloqu Ben Potter bildirib:

"Bu, əsas sübutdur. Onlar təbiətdə qızılbalıq ovlamırlar, bu, insanlar tərəfindən təmin edilir".

İtlərlə insanların sıx əlaqəsi

Tədqiqatçılar qeyd edir ki, əldə edilən məlumatlar itlərlə insanlar arasında sıx əlaqənin olduğunu göstərsə də, tapılan itlərin Amerikada evcilləşdirilmiş ən qədim itlər olub-olmadığı dəqiq bilinmir.

Lanoe qeyd edib ki, qədim itlərin davranışı evcilləşdirilmə formasına işarə etsə də, genetik baxımdan onların müasir it cinsləri ilə əlaqəsi olmaya bilər:

"Onlar tamamilə evcilləşmiş itlər deyil, sadəcə əhliləşdirilmiş canavarlar ola bilərdilər".

Uzunmüddətli əlaqə

Mendas Ça'ag xalqını təmsil edən Healy-Lake icmasının üzvü Evelinn Kombs bildirib ki, kənd sakinləri itlərlə sıx əlaqəni qoruyub saxlayırlar:

"Çox xoşdur ki, keçmişə baxaraq min illər əvvəl də bizim dostlarımızın olduğunu görə bilirik".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->