Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir.
Məlumatı ilk olaraq "banker.az" yayıb.
Şərhlər