Səbail rayonu, Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1977-ci il Lerik rayon sakini H.M. saxlanılıb.
O, avqustun 2-də, saat 11.45 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozub.
H.M. içkinin təsiri altında olduğunu və özündən aslı olmayaraq söyüş söydüyünü bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.
Əhməd
Şərhlər